RU

“Qərb dairələri üçün demokratiya təzyiq alətidir” - ŞƏRH OLUNDU

“Rodriqe Petitonun həbsi növbəti dəfə bu günə qədər məlum olan vəziyyəti təsdiq etdi. Fransa öz nəzarəti altında olan ərazilərdə, yəni kaloniyalarında yerli əhalinin həm hüquqlarına, həm də onların həyat səviyyəsinə biganə münasibət bəsləyib. Həmin coğrafiyaların sadəcə olaraq resurslarını istismar edib və bu uzun illərdir davam edir. Sözsüz ki, XXI əsrdə belə halların hələ də qalması heyrət doğurur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, Rodriqe Petito fransalı nazirlə görüşmək istəyib və görüş zamanı yaranmış insidetə görə həbs edilib: “Bu da aydın şəkildə göstərir ki, Qərb dairələri üçün demokratiya təzyiq alətidir.

Fransa başda olmaqla bir sıra Avropa ölkələri demokratiya adı altında yalnız manipulyasiyalarla məşğuldurlar. XXI əsrdə yenə də kolonalizm siyasətinin davam etdirilməsi bəşəriyyətin təhlükəsizliyi və inkişafına neqativ təsir göstərir. Yaşadığımız əsrin reallıqları sözügedən halların artıq dönməz şəkildə tarixin arxivinə göndərilməsini tələb edir.

Sevindirici haldır ki, ölkəmiz bu istiqamətdə də lider mövqeyindədir. Azərbaycanın atdığı addımlar bu gün neokolonizmə qarşı mübarizədə mühüm rola sahibdir. Fransa isə hər zaman olduğu kimi özünün ədalətsiz mövqeyi ilə diqqəti cəlb edir. Xüsusilə də bizim ölkəmizə münasibətdə açıq-aşkar qərəzli münasibəti çox ciddi suallar doğurur. Azərbaycan hər zaman bütün dünya ölkələri ilə konstruktiv münasibətlər qurmaqda maraqlı olub. Biz öz torpaqlarımızı Ermənistanın işğalından azad etdikdən sonra Fransanın ölkəmizin üzərinə hücumları sistemli xarakter alıb. Bunun özü də göstərir ki, Fransa işğalçı dövlətdir. Bu gün Fransa koloniyalarında cərəyan edən proseslər bir daha nümayiş etdirir ki, Fransa öz davranışları ilə koloniyalarında olan xalqların təhlükəsizliyinə, onların təhlükəsizliyinə ciddi təhdid yaradır. Bütün bunların qarşısının alınması üçün bəşəri mübarizə qurulmalıdır”.

Müəllif: Səbinə Hüseynli
Избранный
8
sia.az

1Источники