RU

Zambiyalı qadının etirafı: Metronu ilk dəfə Bakıda gördüm

Bakıda bu günlərdə dünyanın istənilən ölkəsindən gəlmiş nümayəndələrə rast gəlmək mümkündür.  Vaxtilə Azərbaycan adını belə eşitməyənlər indi ölkəmizdə qlobal səviyyəli tədbirdə iştirak edir. Əlbəttə ki, şəhər gəzintisi də yaddan çıxmayıb.

Bu səhər metronun Gənclik stansiyası yaxınlığında rastlaşdığım bir turistlə maraqlı söhbətimiz oldu. Olimpiya stadionuna getmək istəyən qadın mənim üzərimdəki vəsiqəni görərək “şatl”ın dayanacağını soruşdu. Mən isə daha praktik olan metronu tövsiyə etdim.
Metroya girən qadının narahatlığı üzündən hiss olunurdu. O, qatarda sanki donmuş kimi əyləşmişdi. Koroğlu stansiyasından çıxdıqda qadın belə bir etitaf etdi: “Həyatımda ilk dəfə metronu Bakıda gördüm”.
Əminəm ki, metro ilə ilk dəfə Bakıda rastlaşan təkcə bu zambiyalı turist deyil. Təkcə bu fakt COP29-un ölkəni tanıtmaq baxımından nə qədər böyük əhəmiyyətə malik olduğunu göstərir. 
Qeyd edək ki, Afrika qitəsində cəmi 3 şəhərdə klassik metro sistemi mövcuddur (Qahirə, Əlcəzair və Abuca).

Vüqar

Избранный
13
1
avtosfer.az

2Источники