RU

Kart qalığına ən çox faiz hesablayan banklar – BANKLAR, FAİZLƏR, SİYAHI

Bank kartlarının qalığa gəlir faizi, kart sahiblərinin hesablarında qalan vəsaitdən əlavə qazanc əldə etmələrinə imkan yaradır. Bu faiz dərəcələri bankdan banka dəyişir və müştərilərin ehtiyaclarına və maliyyə hədəflərinə uyğun olaraq müxtəlif seçimlər təklif olunur.

Azərbaycanda ən çox kəşbək verən bank kartları – SİYAHI, KARTLAR, KƏŞBƏKLƏR - MÜQAYİSƏ

FED.az müxtəlif bankların təklif etdiyi faiz dərəcələrini müqayisə edib. Məlum olub ki, hazırda ölkə banklarının kart qalığı üzrə təklif etdiyi gəlirlilik faizi 4-8% aralığında dəyişir.

Ölkənin aparıcı bankı olan “Kapital Bank” kartlarında 01.01.2024 tarixdən etibarən şəxsi vəsait qalığına illik faiz hesablanması dayandırılıb.

Digər banklar və kartlar haqqında daha detallı :

Bank

Kartın adı

Kart hesabının qalığına gəlir illik

Qalıq məbləğ üzərinə faiz necə hesablanır?

Azərbaycan Beynəlxalq Bankı (ABB)

Tam DigiCard

7%

Faiz illik 7% hesablanıb ayın sonunda kart hesabına köçürülür

XalqBank

XalqKart CASHBACK

8%

Faizlər gündəlik hesablanır və cari ayın son iş günündə kartın balansına köçürülür.

Bank of Baku

Bolkart debet

7%

İllik 7%-dək gəlirlilik dərəcəsi ilə gündəlik əsasda gəlir əldə edirlər

Bank BTB

Junior card

6%

İllik 6% hesablanıb ayın sonunda kart hesabına köçürülür

Azər‐Türk Bank

atb card

5,5%

Faiz gündəlik hesablanaraq hər ay hesabınıza əlavə edilir

Expressbank

Expresso Standard

6%

Faiz gündəlik hesablanaraq hər ay hesabınıza əlavə ediləcək

Rabitəbank

Kartmane Premium

6%

Hər ayın sonu kartdakı məbləğə əlavə olunur

Bank Respublika

Visa Neo Premium

5%

Qalıq məbləğ üzərinə faizlər hər ayın əvvəlində hesablanır və NeoKartına müvafiq məbləğdə mədaxil olunur

Yelo Bank

Yelo Premium

6%

Faizlər gündəlik hesablanır hər ay toplanıb növbəti ayın ilk iş günü balansa mədaxil olunacaq

Unibank

UCard

6%

Faizlər gündəlik hesablanır hər ay toplanıb ayın sonu balansa köçürülür

AccessBank

myCard Premium

4%

Faizlər gündəlik hesablanır və cari ayın son iş günündə kartın balansına köçürülür

Избранный
12
fed.az

1Источники