RU

Parlamentin komitə sədri sərhəd kəndlərində əhaliyə güzəştləri vacib sayıb, bağça probleminə diqqət çəkib

Azərbaycanın quru sərhədləri ümumilikdə 2667 km təşkil edir. Vətən müharibəsində Qələbəmizlə bərpa olunan 500 km-dən artıq sərhədlər milli sərvətimizdir.

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Zahid Oruc deyib ki, əsas məsələlərdən biri növbəti illərdə sərhəd kəndlərində əhalinin daimi yaşamasını, daxili miqrasiya və emiqrasiyadan qorunmasını hədəfləyən tədbirləri gücləndirməkdir: “Sərhəd kəndlərində məskunluğun möhkəmləndirilməsi və kəndə dönüşə dair dövlət proqramı qəbul edilsin. Məqsədli sənəddə elektrik, qaz, internet tarifləri və digər kommunal ödənişlərin 2 dəfə azaldılması, təhsil və səhiyyə, eləcə də təsərrüfat və turizm sferalarında çalışanlara xüsusi imtiyazların verilməsi məqsədəuyğun olar. Kəndlərin boşalmasına yol verilməsi cəbhə xəttinin yalnız hərbçilərin qoruduğu bir reallıq yaratmaqdır. Əhaliyə söykənməyən ordu özünü gücsüz hiss edir”.

Zahid Oruc bağçaların sayına da diqqət çəkib: “Ölkəmizdə 1 844 məktəbəqədər təhsil müəssisəsi mövcuddur ki, onlardan 1 696 ədədi dövlət, 148 ədədi özəldir. 1-5 yaşlı uşaqların məktəbəqədər təhsildə iştirakı 2023-cü ildə isə 35.3% təşkil edib. Lakin uşaqların sayına düşən bağçaların sayı 14 yaşınadək uşaqların 2.216 min olduğunu nəzərə aldıqda, 1200 nəfərə 1 bağça düşür. Əhali sayı 5.7 milyon olan Qırğızıstanda bağça və körpələr evinin sayı eynilə bizdə olduğu qədər, yəni 1843 təşkil edir, Belarusda isə 3 min 879 məktəbəqədər təhsil müəssisəsi mövcuddur. Ölkədə bağça tikənlərdən 10 il vergi alınmasa, o cümlədən, Bakı şəhərində bütün yeni tikilən çoxmərtəbəli binaların 1-ci mərtəbəsində bağçaların layihələndirilməsi tələbi qoyulsa, uşaqların gələcəyi üçün mühüm qərarlardan biri olar”.

Избранный
24
apa.az

1Источники