RU

Rusiya rəsmən təsdiqlədi – Müharibədə ilk dəfə olaraq...

Rusiyanın Bryansk vilayətindəki hərbi obyekt ABŞ istehsalı ATACMS raketi ilə hədəfə alınıb.

Teleqraf.com xəbər verir ki, barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik gecə saatlarında Bryanska ATACMS sistemindən 6 zərbənin endirildiyini bildirib:

“Bu raketlərdən beşi "Pantsir" hava müdafiə sistemi ilə məhv edilib, biri isə zədələnib.

Raketlərin hissələri vilayətdəki hərbi obyektin ərazisinə düşüb, nəticədə yanğın baş verib. Yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan və dağıntılar yoxdur”.

Rusiya Müdafiə Nazirliyi ABŞ istehsalı raketlərin tətbiq edildiyini təsdiqləyən məlumatlara malik olduğunu vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl mediada Rusiya vilayətinin Ukrayna ərazisindən ilk dəfə olaraq ATACMS raketi ilə vurulması barədə məlumat yayılmışdı.


Müəllif: Qənirə Süleymanova
Избранный
18
teleqraf.com

1Источники