RU

Bakıda seneqallıları təəccübləndirən məkan

COP29-a görə Bakıya gələn nümayəndə heyətləri arasında seneqallılar da yer alır.  Tədbiri işıqlandıran jurnalist olaraq onlarla görüşüb söhbət etmək imkanı da oldu.

Seneqallılarla söhbət əsnasında onlara paytaxtımızda “Dakar meydanı” adlanan ərazi olduğunu bildirdim. Təbii ki, bu məlumat onlar üçün gözlənilməz oldu. Lakin toponimin yaranma səbəbləri barədə məlumat verdikdə qonaqların üzündə yaranan sevinci sözlə ifadə etmək mümkün deyil.

Əhalinin “Neftçilər dairəsi” kimi tanıdığı ərazinin əsl adı Dakar meydanıdır. Bakı ilə Dakar 1967-ci ildə qardaşlaşıb. Meydan 1987-ci ildə şəhərin 100 illiyi günündə açılıb.   

Meydanın açılışı zamanı Bakıda olmuş seneqallı nümayəndə heyətinin rəhbərinin nəvəsi bu ilin martında Bakıya səfəri zamanı sözügedən əraziyə də baş çəkib.

Vüqar Yaşaroğlu

Избранный
22
avtosfer.az

1Источники