RU

Bu iki ölkə dayandırılmış azad ticarət danışıqlarını bərpa edəcək

Böyük Britaniya və Hindistan dayandırılmış azad ticarət danışıqlarını bərpa edəcək.

Bakıvaxtı.az "AFP"ə istinadən xəbər verir ki, Londonda yeni hakimiyyətə gələn Baş nazir Keir Starmer hindistanlı həmkarı Narendra Modi ilə görüşüb.

O, görüşü çox məhsuldar kimi qiymətləndirib və Dehli ilə ticarət paktının Böyük Britaniyanın böyüməsini artıracağına söz verib:

"Yeni ticarət müqaviləsi Böyük Britaniyada rifahı dəstəkləyəcək və ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək".

Hindistanın Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Azad Ticarət Sazişi danışıqlarını erkən tarixdə bərpa etməyin vacibliyini vurğulayıb.

Gülşən Şərif

Избранный
8
bakivaxti.az

1Источники