RU

Eritreya iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal tədbirlərin gücləndirilməsinə çağırır

Bakı. Trend:

İqlim dəyişikliyi ilə mübarizə üçün qlobal səyləri gücləndirməkvacibdir.

Trend xəbər verir ki, bunuEritreyanın torpaq, su resursları və ətraf mühit naziri TesfaySebhatu COP29 çərçivəsində Bakıda keçirilən sammitdə millibəyanatla çıxışı zamanı bildirib.

"On illərdir ki, beynəlxalq ictimaiyyət həyat üçün təhlükəyaradan üçqat planetar böhranı diqqət mərkəzinə çəkib və effektivhəll yollarını axtarır. Bu məqsədlə müntəzəm və fövqəladəsammitlərin keçirilməsi, dövlət başçılarının, ekologiyaalimlərinin, danışıqlar üzrə ekspertlərin, sosial aktivistlərin,biznesmenlərin və texnologiyalar sahəsində yenilikçilərin iştirakızəruri olub", - deyə nazir qeyd edib.

T.Sebhatu bildirib ki, bu dövrdə planetin xilas edilməsi üçünsəylərin koordinasiyasını gücləndirmək məqsədilə qlobal əməkdaşlığıtəşviq edən çoxsaylı sənədlər, tövsiyələr və qətnamələr qəbuledilib. Bu təşəbbüslər çərçivəsində iqlim tədbirləriningücləndirilməsi, tədqiqat və inkişafın sürətləndirilməsi,texnologiyaların ötürülməsi və həssas ölkələrə yardım üçün maliyyəvəsaitlərinin səfərbər edilməsi çağırışları səsləndirilib.

Onun sözlərinə görə, iqlim dəyişikliklərinin əsas mənbəyi olanemissiyaların azaldılması istiqamətində atılan addımlar hələ dəParis Sazişinin hədəflərindən və elmi tövsiyələrdən uzaqdır.

Nazir əlavə edib ki, iqlim maliyyələşdirilməsinin səfərbəredilməsi, xüsusən adaptasiya üçün tələb olunan vəsaitlərin təminedilməsi ciddi bir problem olaraq qalır.

"Bu gün biz Bakıda COP29 çərçivəsində yaxın keçmişdə minlərləinsanın həyatına son qoyan və onların dolanışıq vasitələrini məhvedən iqlim fəlakətlərinin xatirələri ilə toplaşmışıq. Atmosferdəistixana qazlarının rekord konsentrasiyaları və qlobal ortatemperaturun artımı da bu il qeydə alınıb. Təəssüf ki, 2030-cu ilüçün qlobal iqlim tədbirləri planları gözlənilən hədəflərəçatmayacaq kimi görünür", - deyə Tesfay Sebhatu vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
23
az.trend.az

1Источники