RU

Zelenski “Dözümlülük Planı”nı təqdim etdi

Zelenski Ali Radada çıxışı zamanı “Dözümlülük Planı”nı təqdim edib.

Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya “Dözümlülük Planı”nı təqdim edib . Bu barədə "RBC-Ukrayna" məlumat yayıb.

Agentliyin məlumatına görə, plan 10 bənddən ibarətdir: “birlik”, “cəbhə”, “silah”, “pul”, “enerji”, “təhlükəsizlik”, “icma”, “insan kapitalı”, “mədəni suverenlik” və “siyasət” qəhrəmanları”.

Sənədə əsasən, Ukraynada seçkilər yalnız Rusiya Federasiyası ilə münaqişədə “qələbədən sonra” keçirilməlidir. Zelenski həmçinin orduda idarəetməyə yanaşmaların dəyişdirilməsini təklif edir: ölkədə hərbi ombudsman vəzifəsinin tətbiq edilməli, Müdafiə Nazirliyi və komandanlığı səfərbərlik yaşına çatmamış vətəndaşlar üçün yeni müqavilələr sistemi tətbiq etməlidir.

Bundan əlavə plan 2024-cü ilin sonuna qədər “regional davamlılıq pasportları”, 2025-ci ildə isə “nəsil pasportu”nun meydana çıxmasını nəzərdə tutur. Ukrayna lideri həmçinin sığınacaq standartlarının modernləşdirilməsini elan edib və bütün məktəblərin və digər hökumət binalarının girişində metal detektorların təchiz edilməsinin zəruriliyini bəyan edib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
17
turkustan.az

1Источники