RU

İsrailin Suriya ilə gizli danışıqları üzə çıxdı

İsrail Rusiyanın vasitəçiliyi ilə Suriya prezidenti Bəşər Əsədə İsrail-Livan sərhədinin təhlükəsizliyini təmin edəcək razılaşma təklif edib.

KONKRET.az xəbər verir ki, Əsəd Rusiyanın dəstəyi ilə Suriya-Livan sərhədində ciddi nəzarət yaratmaq niyyətindədir. Həmçinin ona Hizbullaha İran silahlarının tədarükünü dayandırmaq və İran silahlarının Suriya və İraqdan keçərək Livana axdığı “magistral yolu” dağıtmaqla İrana qarşı hərəkətə keçmək təklif olunub. Bunun müqabilində İsrail hökuməti Suriya lideri, habelə  Suriya və Rusiya şirkətlərinə qarşı sanksiyalarının dondurulmasına kömək edəcəyinə söz verib. Bu danışıqlarda əsas fiqur baş nazir Benyamin Netanyahunun etibarlı adamı olan Strateji İşlər Naziri Ron Dermerdir. Mənbə Rusiya və ABŞ-yə son səfərlərini, həmçinin Rusiya hökumət təyyarəsinin İsrailə müəmmalı səfərini xatırladır.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
33
konkret.az

1Источники