RU

Baydenin qərarları dünya müharibəsinə səbəb olacaq - Macar nazir

ABŞ-nin səlahiyyət müddətini başa vuran prezidenti Co Baydenin verdiyi qərarlar dünyanı qlobal fəlakətə doğru sövq edir.

Qaziler.az xəbər verir ki, bu fikri Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto öz “Facebook” səhifəsində bildirib.

Siyartoya görə, "öz partiyası tərəfindən hakimiyyətdən uzaqlaşdırılan və qabiliyyətləri geniş şəkildə şübhə altına alınan prezident" qlobal miqyasda fəlakətə səbəb ola biləcək qərarlar qəbul etdiyi üçün dünya son onilliyin ən təhlükəli iki ayı ilə üz-üzədir.

“Gəlin birbaşa deyək: Amerika silahlarının Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə verməsi dünya müharibəsi təhlükəsi yaradır. Və bu baş verərsə, biz hər şeyi itirəcəyik”, - deyə macar nazir bildirib.

QAZİLER.AZ

Избранный
18
qaziler.az

1Источники