Son dövrlərdə elektromobillərə maraq artıb. Bakı ilə bərabər regionlarda da bu növ avtomobillərə üstünlük verənlər kifayət qədərdir.
Bəs elektromobillər bölgələrdə enerji doldurma ilə bağlı hansı çətinliklərlə qarşılaşırlar?
Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Redaktor.az-a açıqlamasında bildirdi ki, rayonlarda həyət evi olduğuna görə deməzdim ki, orada çətinliklər var, əksinə elektrikli avtomobillər bölgələrdə daha effektivdir:
"Çünki bölgələrdə adətən həyət evləridir və sürücülərə öz yaşadıqları evlərdə avtomobillərinə enerji yükləmək daha sərfəlidir, nəinki elektrik yükləmə məntəqələrində. Bu mənada bölgələrdə heç bir sıxıntı yoxdur. Düzdür, regionlarda enerji doldurma məntəqələri azdır. Ümumiyyətlə, hazırda ölkədə infrastruktur zəif vəziyyətdədir, cənab Prezidentin sərəncamından sonra artıq bir neçə yerdə quraşdırılma işləri görülür".
Sevinc İBRAHİMZADƏ