RU

Yeni Zenlandiya kiçik ada dövlətlərinə dəstəyini ifadə etdi

Yeni Zelandiya iqlim dəyişikliyi ilə mübarizəni dəstəkləyir  və inkişaf etməkdə olan ölkələrin problemlərin həllinə yardımçı olmağı vacib hesab edir.

KONKRET.az xəbər verir ki, bunu  Yeni Zelandiyanın İqlim Dəyişikliyi Naziri Simon Vatts COP29-dakı çıxışında bildirib.  O, beynəlxalq əməkdaşlığın və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstəyin vacibliyini qeyd edib: “Biz qlobal iqlim maliyyəsinin bu ölkələrə effektiv şəkildə yönəldilməsini təmin etməliyik”. Eyni zamanda  Yeni Zelandiya Sakit Okean Dözümlülük Mexanizminə 20 milyon, Qlobal Zərər Fonduna 10 milyon dollar ödəyəcəyini vəd edib: “Biz iqlimlə bağlı məqsədlərimizə nail olmaq və iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün üzərimizə düşəni etməyə sadiqik”. Onun sözlərinə görə , Yeni Zelandiya öz iqlim strategiyası ilə fəxr edir. Ölkədə  enerji balansının 85%-i bərpa olunan enerjidən əldə edilir və 2050-ci ilə qədər mövcud səviyyələri iki dəfə artırmağı hədəfləyir. Kənd təsərrüfatı bu  strategiyanın mühüm elementidir. Yeni Zelandiyada iqlim təsirlərini azaltmaq üçün innovativ həllər fəal şəkildə inkişaf etdirilir.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
7
1
konkret.az

2Источники