RU

Gürcüstan Prezidenti seçkilərlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ETDİ

Gürcüstan Prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsinə müraciət edərək parlament seçkilərinin nəticələrinin saxta olduğunu elan etməsini istəyib.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə Zurabişvilini məhkəmədə təmsil edəcək Eka Beseliya bildirib.

"Bu iddia iki konstitusion hüququn pozulması ilə bağlıdır. Birincisi, ümumbəşərilik prinsipinin pozulmasıdır ki, bu da xaricdə yaşayan vətəndaşlarımızın nəinki konstitusion hüquqlarının məhdudlaşdırılması, həm də seçkilərdə iştirakının qadağan edilməsində özünü göstərir. İkinci mühüm prinsip səsvermənin gizliliyidir, səsvermənin gizliliyinin pozulması ilə bağlı konstitusiya standartını pozan birdən çox sübut var”.

Konstitusiya Məhkəməsinin iddianın baxılması üçün qəbul edilib-edilməməsi barədə qərar vermək üçün üç gün vaxtı var. Əgər iş qəbul olunarsa, məhkəməyə hökm çıxarmaq üçün 30 gün vaxt verilir.

Xatırladaq kİ, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun məlumatlarına əsasən, hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası 53,93% səslə qalib gələrək qanunverici orqandakı 150 yerdən 89-nu əldə edib.

Türkan İSGƏNDƏRLİ

 

Избранный
25
1
redaktor.az

2Источники