RU

Kiyev ATACMS-la Krım körpüsünü vuracaq - Koreyalılar da hədəfdədir


ABŞ prezidenti Co Baydenin ATACMS raketləri ilə Rusiya ərazisinə zərbə endirilməsinə icazə verdikdən sonra Ukrayna Krım körpüsünü dağıtmağı planlaşdırır.

Bakupost.az xəbər verir ki, bu barədə Global Defense Corp-un məlumatında deyilir.

Nəşr qeyd edir ki, Bayden qərar qəbul etdikdən sonra Ukrayna nəinki Kursk bölgəsinə zərbə endirə bilər, həm də strateji obyektləri, məsələn, “Putinin fəxri” olan Krım körpüsünü məhv etməyə cəhd edə bilər.

Nəşrin mənbələri həmçinin iddia edirlər ki, ATACMS rus qoşunlarının Şimali Koreya əsgərlərini topladığı Kursk vilayətində sursat anbarlarına və şəxsi heyətə hücum etmək üçün istifadə olunacaq.

Xatırladaq ki, daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Krım körpüsünün yaxın gələcəkdə dağıdılması ehtimalını şərh etmişdi.

Yayda Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bəyan etmişdi ki, Ukrayna hərbçilərinin qeyri-qanuni tikilmiş Kerç körpüsünü dağıtmaq və və ruslar tərəfindən ələ keçirilən Krımı işğaldan azad etmək planı var.

Zaur, BakuPost
Избранный
18
bakupost.az

1Источники