RU

Koreya 2035-ci ilə qədər yenilənmiş NDC hazırlayacaq – Nazir

Bakı. Trend:

Koreya 2035-ci ilə qədər elmi məlumatlara əsaslanan, real vəiqtisadi cəhətdən səmərəli yenilənmiş Milli Səviyyədə MüəyyənEdilmiş Töhfə (NDC) hazırlayacaq.

Trend xəbər verir ki, bunuKoreyanın ətraf mühitin mühafizəsi naziri VangSap Kim COP29sammitində çıxışı zamanı bildirib.

Nazir əlavə edib ki, bu məqsədlə müxtəlif maraqlı tərəflər,vətəndaş cəmiyyəti və parlamentlə məsləhətləşmələr aparılır.

"Biz iqlim böhranına qarşı mübarizə aparmaq üçün ikitərəfli vəçoxtərəfli əməkdaşlıq çərçivəsində könüllü və kollektiv səylərimiziartırmağa davam edirik", - deyə o vurğulayıb.

Nazir qeyd edib ki, Koreya dayanıqlı inkişaf və iqlimdəyişikliyi ilə mübarizə çərçivəsində yaşıl layihələrinmaliyyələşdirilməsi mexanizmlərini gücləndirmək və iqlimşəffaflığını artırmaq üçün beynəlxalq təşkilatlar və ölkələrləəməkdaşlığı davam etdirəcək.

"İstixana qazı emissiyalarının 2018-ci ildəki pik həddindən bəriKoreya bu göstəriciləri ardıcıl olaraq azaldır. Xüsusilə ölkəkarbon neytral enerji mənbələrini, o cümlədən, bərpa olunan enerjivə nüvə enerjisini fəal şəkildə inkişaf etdirir, istehsalproseslərini təkmilləşdirir və sıfır emissiyalı nəqliyyatvasitələrinin sayını artırır", - deyə nazir bildirib.

Onun sözlərinə görə, bu tədbirlər nəticəsində istixana qazıemissiyaları 2018-ci il səviyyəsinə nisbətən 13,9 faiz azalıb və buazalma ardıcıl 2 il ərzində qeydə alınıb.

"Koreyanın 2015-ci ildə tətbiq etdiyi emissiya ticarət sistemi(ETS) bu prosesdə əsas rol oynayıb. 2024-cü ildə sistemintətbiqindən 10 il ötəcək və bununla əlaqədar olaraq, bazarfunksiyasının gücləndirilməsi və hərracların payının artırılmasıplanlaşdırılır ki, bu da emissiyaların daha da azaldılmasına töhfəverəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
33
az.trend.az

1Источники