RU

Oman İnvestisiya Təşkilatının baş investisiya direktoru ilə ikitərəfli və regional tərəfdaşlıq imkanları müzakirə edilib (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov Omanİnvestisiya Təşkilatının baş investisiya direktoru İbrahim Əl-Eisriilə görüşüb.

Trend xəbərverir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan Respublikası və Körfəz ƏrəbDövlətləri arasında davam edən müsbət iqtisadi dinamikaya uyğunolaraq Oman Sultanlığı ilə də iqtisadi əlaqələrin inkişaf etdiyivurğulanıb.

Tərəflər Oman İnvestisiya Təşkilatının G2G fondlarınınyaradılması sahəsində fəaliyyəti, bu istiqamətdə ikitərəfli vəregional tərəfdaşlıq imkanları barədə fikir mübadiləsiaparıblar.

Görüşdə sənaye, yaşıl enerji, logistika və digər sahələrdəölkələrimizin dayanıqlı inkişafına töhfə verəcək qarşılıqlıstrateji investisiya potensialı nəzərdən keçirilib.

Oman
Oman
Oman
Məqalədə:
Избранный
10
az.trend.az

1Источники