RU

“YAP-ın yaradılması tarixi zərurətdən doğmuşdur“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurətdən doğmuşdur. Ölkə ümumi böhrana düşdüyü, sabaha ümidlərin azaldığı bir zamanda bir qrup Azərbaycan ziyalısı Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Bu müraciət tarixi zərurətdən doğurdu. Ümummilli Lider Heydər Əliyevə müraciət etməyin başlıca səbəbi Azərbaycan xalqı tərəfindən sevilməsi, 1970-ci illərdə millətin başını uca etməsi, zəkası və böyük bacarığı idi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.Deputat bildirib ki, yarandığı gündən bəri Yeni Azərbaycan Partiyası millətin arzu və istəklərini ifadə etdi: “Millətin qarşısında başlıca problem cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının hakimiyyəti illərində həll olundu. Azərbaycanda heç bir partiyanın bacarmadığını cənab Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası bacardı. Belə ki, torpaqlarımız düşmən işğalından azad edildi, 1991-ci ildən bəri ilk dəfə olaraq dövlət sərhədləri üzərində nəzarət quruldu, 2023-cü ildə lokal xarakterli anti-terror tədbirləri nəticəsində separatçılığın kökü birdəfəlik kəsildi və dövlət suverenliyi bütün ölkə ərazisində bərqərar edildi. Bütün bunlar özünün əhəmiyyətinə görə, Azərbaycan coğrafiyasını aşır, daha geniş məna daşıyır. Cənab Prezidentimizin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası təkcə üzvlərinin deyil, milyonlarla bitərəfin, Azərbaycan vətəndaşlarının partiyasıdır”.

Müəllif: Səbinə Hüseynli

Избранный
11
1
sesqazeti.az

2Источники