RU

2025-ci ildə əmək pensiyalarına 8%-lik artım proqnozlaşdırılır

Əmək pensiyalarının orta aylıq məbləği 2025-ci ildə 531 manat proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin 4 komitəsinin birgə iclasında 2025-ci ilin büdcəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği isə 569 manat və ya cari ilin sonuna gözlənilən göstəricidən 8 % çox proqnozlaşdırılır:

“Bu ilin sonuna gözləntimiz odur ki, əmək pensiyalarının orta aylıq məbləği 494 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 527 manat olacaq. Növbəti ildə 8 %-lik artımla pensiyaçılara daha əhatəli dəstək tədbirləri təqdim edilə biləcək.”

Избранный
15
46
fins.az

10Источники