RU

“BakıKart” mobil tətbiqi nə vaxt bərpa ediləcək? – OPERATOR ŞİRKƏTİN RƏHBƏRİNDƏN AÇIQLAMA

Artıq uzun müddətdir ki, “BakıKart” mobil tətbiqindən istifadə edərək avtobuslarda gedişhaqqı ödəmək, eləcə də digər funksiyalardan istifadə mümkün deyil. Avqust ayının əvvəllərində sistem yanan problemin bərpası ilə əlaqədar tətbiq üzərində işlər aparıldığı bildirilsə də, hələ də mobil tətbiq əhalinin istifadəsinə verilməyib.

Avtosfer.az xəbər verir ki, “BakıKart” mobil tətbiqində uzun müddətdir həll edilməyən problem təkcə sərnişinlər üçün yox, eləcə də avtobusların aid olduğu daşıyıcı şirkətlər üçün də çətinliklər yaradır. Belə ki, bəzi daşıyıcı şirkətlər artıq xəttə çıxmamaq barədə düşündüklərini də bildiriblər. Buna səsbəb olaraq isə “BakıKart” mobil tətbiqinin operatoru “K Group” MMC şirkəti ilə daşıyıcılar arasında yaranan problemdir. Qaydalara uyğun olaraq, hər bir sərnişin “BakıKart” kartından istifadə edərək avtobusa mindiyi zaman mobil tətbiqin sistemində daşıyıcı şirkətin nə qədər sərnişinin “BakıKart”dan istifadə etdiyini görməsi mümkün idi və daşıyıcı şirkətlərə “K Group” MMC tərəfindən bu saya uyğun ödəniş edilirdi. Sistemin qeyd olunan funksiyaları işləmədiyinə görə daşıyıcı şirkətlər kartdan istifadə edən nə qədər sərnişin daşıdıqlarını da görmələri mümkün olmur. Bu səbəbdən də operator şirkət həmin sərnişin sayına uyğun ödənişi də uzun müddətdir etmir.

Mövzu ilə əlaqədar, “K Group” MMC şirkəti ilə əlaqə saxladıq. Şirkətin rəhbəri Məmməd Allahverdiyev saytımıza açıqlamasında bildirdi ki, problemin həlli üçün işlər davam etdirilir:

“Biz bilmirik ki, daşıyıcı şirkətlər sərnişin sayını necə hesablayır, necə təyin edirlər ki, biz onlara nə qədər ödəniş etməliyik. Sistemdə yaranan problemlərlə bağlı bərpa işləri davam etdirilir. Çox yaxın müddətdə bütün işlər yekunlaşacaq. O zaman bütün məsələlər öz həllini tapacaq. “K Group” şirkəti Sistemdə bütövlükdə çökmə yoxdur, bütün məsələlər nəzarətimizdədir. Mobil tətbiqdə yalnız bəzi funksiyalar işləmir, onların da təmiri yaxın günlərdə bitəcək”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib ki, bu məsələ yalnız operatorla daşıyıcı şirkətlər arasında həll edilə bilər.

Səfər

Избранный
33
avtosfer.az

1Источники