7NEWS.az xəbər verir ki, ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp hazırlıqlarını davam etdirərkən, vəzifəyə gəldikdən sonra birlikdə çalışacağı komandanın adlarını da yavaş-yavaş açıqlayır. Ölkənin yeni administrasiyası yavaş-yavaş formalaşdıqca, Trampın kabineti üçün seçdiyi İsrailyönlü adlar diqqəti cəlb edir. Donald Tramp ABŞ Dövlət Departamentinə Florida ştatından senator Marko Rubionun, Ədliyyə Nazirliyinə isə çox müzakirə olunan konqresmen Mett Gaetzin namizədliyini irəli sürüb. 25 adın daxil olacağı kabinetdə amerikalı milyarder Elon Mask və sahibkar Vivek Ramasvami Hökumətin Səmərəliliyi Nazirliyini idarə edəcəklər. Tramp bu yaxınlarda keçmiş konqresmen Şon Daffinin Nəqliyyat Departamentinə namizədliyini irəli sürdüyünü açıqlayıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта