RU

İtaliya Rusiyanın dərinliklərinə zərbələrin əleyhinədir- Baş nazir açıqladı

“Ukrayna ərazisindən Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə zərbələr endirmək barədə qərarları başa düşürəm, lakin Roma fərqli yol tutub və bunu ölkədəki bütün qüvvələr bölüşür”.

Azpost.info xəbər verir ki, bunu İtaliya Baş naziri Giorgia Meloni deyib.

Meloni bu barədə G20 sammiti çərçivəsində mətbuata açıqlamasında bildirib.
“Biz fərqli seçim etdik və bu, bütün siyasi qüvvələrin razılaşdığı nadir haldır. Biz həmişə hava hücumundan müdafiə sistemlərinin təmin edilməsinə diqqət yetirmişik”, – Baş nazir qeyd edib.

O hesab edir ki, ABŞ prezidenti Co Baydenin müvafiq qərarı Rusiyanın iştirak etdiyi G20 sammiti ərəfəsində Rusiyanın son günlərdəki hücumlarına cavab idi.

Azpost.info

Избранный
47
azpost.info

1Источники