RU

Dərmansız qan şəkərini azaltmağın yolu AÇIQLANDI

Qısa yuxular qan şəkərinin səviyyəsini adi istirahətdən 25-30 faiz daha effektiv azaldır.

News24.az Lent.az-a istinadla xəbərnə görə, Berlin Endokrinoloji klinikasının alimləri müəyyən ediblər ki, nahardan sonra qısa bir yuxu oyaqkən normal istirahətdən daha yaxşı qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edir. 

Təcrübədə 2-ci tip diabetdən əziyyət çəkən 1200 insan iştirak edib. İştirakçılar iki qrupa bölünüb: birincisi sadəcə yatarkən və ya oturarkən dincəlib, ikincisi isə 15-20 dəqiqə yatmağa çalışıb.

Təcrübədən əvvəl və sonra aparılan qan testləri qısa müddətli yuxunun şəkər səviyyəsini adi istirahətə nisbətən 25-30 faiz daha təsirli şəkildə aşağı saldığını göstərib.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, qısa yuxu orqanizmdə bərpa proseslərini işə salır və insulin istehsalını normallaşdırmağa kömək edir. Bununla belə, onlar xəbərdarlıq ediblər ki, çox yatmaq əks təsir göstərə və şəkər səviyyənizi artıra bilər.

Ekspertlər vurğulayırlar ki, istirahət rejiminin düzgün təşkili 2-ci tip diabetlə mübarizədə əlavə vasitəyə çevrilə bilər.


Избранный
26
4
news24.az

5Источники