RU

Hökumətə minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması təklifləri göndərilib - Sahil Babayev

Yaxın günlərdə növbəti sosial islahatlar paketi müzakirə olunacaq.

Fins.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, həm minimum əməkhaqqı, həm pensiya, həm də sosial müavinətlərin artırılması ilə bağlı tapşırıqlar hökumətə göndərilib:

“Noyabrın 21-də keçirilən Əmək və sosial siyasət komitəsinin iclasında DSMF, İşsizlikdən sığorta fondunun büdcəsi geniş şəkildə müzakirə olunacaq. Ümumilikdə əmək pensiyalarının maliyyələşdirilməsi üçün 7,2 milyard manat ayrılması nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 11 % çoxdur."

Избранный
24
17
fins.az

10Источники