RU

COP29: Aqrar-ərzaq sektorunun səmərəli idarə edilməsi üçün yeni yanaşmalar tələb olunur

COP29 çərçivəsində "COP to COP - Aqrar-sənaye kompleksinin irsi: Qlobal iqlim hədəflərinə nail olmağın açarı" mövzusunda tədbir keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək, "Baku Harmoniya" təşəbbüsünün sinerji yaratmağa və maliyyə resurslarından daha səmərəli istifadə etməyə çağırdığını bildirib. O, qeyd edib ki, bu təşəbbüs altında bir çox qlobal səylər artıq birləşdirilib və aqrar-ərzaq sektorunun iştirakçılarının daha səmərəli fəaliyyət göstərməsinə imkan yaradılacaq.

Böyük Britaniyanın ətraf mühit naziri Meri Kriq isə su təhlükəsizliyinin təmin edilməsi və ərzaq sistemlərində islahatların zəruriliyini vurğulayıb. O, mövcud siyasətlərin ətraf mühitə zərər verdiyini və yeni yanaşmaların vacibliyini qeyd edib.

Dünya Kənd Forumu nümayəndəsi Alberto Brox COP29 çərçivəsində kənd təsərrüfatı və iqlim dəyişiklikləri məsələlərinə artan diqqət yetirildiyini vurğulayıb. O, kənd təsərrüfatının iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin azaldılması üçün təklif etdiyi həll yollarını təqdim edib.

BƏƏ-nin İqlim Dəyişikliyi və Ətraf Mühit Naziri Amna Əl Dəhaq isə, "Baku Harmoniya" təşəbbüsünü alqışlayaraq, ərzaq sistemlərinin transformasiyasını sürətləndirmək məqsədini irəli sürüb və BƏƏ-nin bu məsələyə davamlı dəstək verəcəyini bildirib.

COP29 çərçivəsində, Azərbaycanın təşkil etdiyi bu tədbir, regionda ilk dəfə baş tutan ən böyük iqlim tədbiri olmaqla, iqlim maliyyəsi və dayanıqlı inkişaf məqsədlərinin təbliğində mühüm rol oynayır. Bu təşəbbüs, yaşıl enerji dəhlizləri, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması və digər əhəmiyyətli mövzuları əhatə edən 14 təşəbbüsdən ibarətdir.

Избранный
39
3
fins.az

4Источники