Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.
Yenisabah.az xəbər verir ki, yüksək vəzifəyə təyin olunan Fərid Əlibaba oğlu Əliyev 1987-ci ildə dünyaya gəlib.
Xatırladaq ki, ötən il Prezident İlham Əliyevin imzaladığı sərəncam iləFərid Əliyevə “general-mayor” ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, Fərid Əliyev Sabunçu Rayon İcra Hakimiyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur. Əlibaba Əliyev 2012-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə tutduöu vəzifədən azad olunub. Daha sonra sabiq icra başçısı Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
Mənbə: yenisabah.az