RU

Simeonenin aqibəti necə olacaq?

Son matçlarda uğursuz nəticələrlə diqqət çəkən "Atletiko Madrid"in rəhbərliyinin komandanın baş məşqçisi Dieqo Simeone haqda nə düşündüyü açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən jurnalist Ruben Uria yayıb.

Xəbərə görə, paytaxt təmsilçisinin idarəçiləri argentinalı mütəxəssislə yolları ayırmaq niyyətində deyil. Mənbə Simeonenin nəticələrdən asılı olmayaraq, ən azı cari mövsümün sonunadək postunda qalacaq. 

Xatırladaq ki, 13 tura 26 xal toplayaraq La Liqanın turnir cədvəlində 3-cü pillədə mövqe tutan "Atletiko" Çempionlar Liqasında "Benfika" (0:4) və "Lill"ə (1:3) uduzub.

Nihat

Избранный
4
fanat.az

1Источники