RU

Xabi Alonso martda QƏRAR VERƏCƏK

Leverkuzen “Bayer”inin çalışdırıcısı Xabi Alonsonun öz gələcək karyerası ilə bağlı qərarını nə vaxt verəcəyi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, sabiq komandası Madrid “Real”ının baş məşqçi postuyla maraqlanan Alonso gələcəyiylə bağlı qərarını 2025-ci ilin martında verəcək. 

Mətbuatda ispaniyalı mütəxəssisin 2025-ci ilin yayında “Los-Blankos”a keçəcəyi barədə xəbərlər yayılsa da, hazırda bu məsələ ilə bağlı tərəflər arasında razılıq yoxdur.

Üstəlik, Alonsonun bu qərarı komandadakı “Bayer” oyunçularının gələcəyinə təsir etməyəcək. Daha əvvəl xəbər verilmişdi ki, leverkuzenlilərin hücumameyilli yarımmüdafiəçisi Florian Virtz, Alonsodan sonra Madrid klubuna transfer oluna bilər.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
18
1
bizim.media

2Источники