RU

"Apple" film yayımı hüquqlarını satacaq



"Apple" şirkəti xərcləri azaltmaq üçün öz filmlərini nümayiş etdirmək hüquqlarını digər xidmətlərə satacaq.

Reyting.az
"Bloomberg" agentliyinə istinadla xəbər verir ki, "Apple" böyük şirkət kimi həmişə öz filmlərini ancaq "Apple TV+" vasitəsilə yayımlayıb, lakin şirkətin ənənəsi tezliklə dəyişə bilər.

Bu nəhəng şirkət "Apple" filmlərini digər axın xidmətlərinə lisenziyalaşdıracaq bir peşəkar komanda yaradıb. Mütəxəssislər bildirirlər ki, belə bir strategiya həm gəliri, həm də məzmun istehsal xərclərini ödəməklə yanaşı məlumatlılığı artırmalıdır.

"Apple" ilk növbədə filmləri almaq və ya icarəyə götürmək imkanı yarada biləcək qeyri-Amerika xidmətləri ilə maraqlanır. Şirkət üçün digər prioritet sahə isə əsas telekanallardır.

Qeyd edək ki, "Apple" şirkətinin baş direktoru Tim Kuk və İnternet xidmətlərinin rəhbəri Eddi Kyu əvvəllər də "Apple TV+" komandasından xərcləri azaltmağı, maliyyə göstəricilərini yaxşılaşdırmağı tələb etmişdilər.

Oqtay QORÇU
Избранный
24
reyting.az

1Источники