RU

"Ukrayna silah çatışmazlığı yox, əsgər çatışmazlığı səbəbindən geri çəkilir" - Ağ Ev Kiyevi hərbi səfərbərliyə ÇAĞIRIB

"Ukraynanın hazırda cəbhədəki problemləri silah yox, əsgər çatışmazlığı ilə bağlıdır. Kiyev daha çox əsgəri səfərbər etməlidir".  

Sitat.info xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan müsahibəsində bildirib.

"Ukraynanı döyüş meydanı baxımından tanklarla təmin etdiyimizdən bəri əhəmiyyətli bir fərq gördükmü? Eynilə, F-16 ilə də əhəmiyyətli bir fərq gördükmü? Fikrimizcə, bu döyüşdə fərq yaradan bir silah sistemi yoxdur. Fərq yaradan canlı  qüvvədir. Bizim fikrimizcə, Ukrayna cəbhə xəttində olan qüvvələrin sayı baxımından öz xətlərini gücləndirmək üçün daha çox işlər görməlidir”, - deyə Sullivan bildirib. 

Baydenin müşaviri qeyd edib ki, ABŞ Ukraynaya tanklar, F-16 qırıcıları, HIMARS raket artilleriyası və Patriot zenit sistemləri verib.

“Amma məsələ əvvəllər baş verənlərdə deyil. Bu gün Ukraynanın döyüş meydanında daha çətin vəziyyətdə olması, bu silah sistemləri ilə döyüş meydanında baş verənlər arasında birbaşa əlaqənin olmadığını göstərir. Ukraynalıların vəziyyəti ilə ona verilən silah sistemləri arasında əlaqə yoxdur. çünki problem səfərbərlik və canlı qüvvə məsələsidir”.

Nərgiz,

Sitat.info 

Избранный
28
1
sitat.info

2Источники