İsmayıllı 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə İsmayıllı 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.
İsmayıllı 1 saylı mediasiya təşkilatına İsmayıllı, Şamaxı, Göyçay və Kürdəmir rayonu üzrə vətəndaşlar müraciət edə bilər.
Qeyd edək ki, 19 noyabr 2024-cü il tarixindən etibarən İsmayıllı 1 saylı mediasiya təşkilatı fəaliyyətə başlayıb.
İsmayıllı 1 saylı mediasiya təşkilatının məlumatları:
Ünvan: İsmayıllı rayonu, Heydər Əliyev prospekti 15
Email: [email protected]
Telefon: +994 55 500 38 80