RU

Türk gəmisinə raket hücumu

Türk

İstanbulda yerləşən “Oras Shipping” şirkətinə məxsus Panama bayraqlı “Anadolu S” adlı yük gəmisi noyabrın 17 və 18-də Ədən körfəzində olarkən iki ayrı raket hücumuna məruz qalıb.

Xalqcebhesi.az Türkiyə mediasına istinadən xəbər verir ki, noyabrın 17-də edilən ilk hücumda raket gəminin arxa istiqamətinə təxminən 500 metr, 18 noyabrda edilən ikinci hücumda isə raket gəminin arxa istiqamətində təxminən 1 dəniz mili uzaqlığa düşüb.

Hər iki hücumda gəmiyə çox ziyan dəyməyib, şəxsi heyət xəsarət almayıb. Karaçi limanına qida daşıyan gəmi dənizdə üzməkdədir. Gəmidə 10 türk, ümumilikdə isə 22 heyət var.

Избранный
24
xalqcebhesi.az

1Источники