Azərbaycanda ikili vətəndaşlığı olan şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Belə ki, onlar əvvəllər vətəndaşı olduğu ölkədə həqiqi hərbi xidmətdə olubsa, dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.Bu qanun necə tənzimlənir və hansı şəxslərə şamil edilir?Mövzu ilə bağlı Redaktor.Az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, xarici dövlət vətəndaşlığı olan şəxslərin işi "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əsasən tənzimlənir."Azərbaycan Respublikası ərazisində xarici dövlətin vətəndaşlığını qəbul edən, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçıların hərbi xidmətə çağırılması 2011-ci ilin 23 dekabrında qəbul edilmiş "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun müvafiq maddəsinə əsasən həyata keçirilir.Qanun 13 il əvvəl qəbul edilib, bundan sonra bir sıra digər qanunlar qüvvədən düşmüş hesab edildi. Amma sonradan da adı çəkilən "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara bir neçə dəfə dəyişikliklər edildi. Lakin bu dəyişikliklərin heç bir halda xarici dövlət vətəndaşlığını qəbul edən, lakin Azərbaycan Respublikasının vətəndaşına xitam verilməmiş, yəni ikili vətəndaşlığı olanlara şamil edilmədi. Başqa sözlə desək, adı çəkilən qanunun müvafiq maddələrinə əsasən iki vətəndaşlığı olan şəxslərin hərbi xidmətə çağırılması 13 ildir ki, eyni əsaslarla eyni qanunlarla tənzimlənir və burada əhəmiyyət daşıyacaq və müstəsna bir yenilik baş verməyib". Hərbi ekspert qeyd etdi ki, Azərbaycanda yaşayanlar da daxil olmaqla, insan harada yaşayırsa, həmin dövləti qorumalıdır:"Başqa bir ölkənin vətəndaşlığını qəbul edib-etməməsindən asılı olmayaraq, vətənimizi, dövlətimizi, bayrağımızı qorumaq hər bir azərbaycanlı gəncin vətəndaşlıq borcudur və hər birimiz vətənə xidmət etmək kimi şərəfli və məsuliyyətli vəzifə daşıyırıq".Türkan İSGƏNDƏRLİ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта