RU

Kral ailəsini sarsıdan qalmaqal - Vəliəhd şahzadənin oğlu zorlamada ittiham olunur

Norveç polisi bu səhər verdiyi açıqlamada, vəliəhd şahzadə Mette-Maritin 27 yaşlı oğlu Marius Borq Hoybinin təcavüz şübhəsi ilə həbs edildiyini bildirib.

Polisin açıqlamasına görə, Hoybi bazar ertəsi axşamı saxlanılıb. Onun, "şüuru yerində olmayan və ya başqa səbəblərlə müqavimət göstərə bilməyən bir şəxslə cinsi əlaqədə olmaq” ittihamı ilə əlaqəli qanunu pozduğu şübhə edilir.

Polis təcavüz ittihamına dair açıqlamasında bildirib:

"Bu, cinsi əlaqə olmadan həyata keçirilmiş bir cinsi hərəkətlə əlaqədardır. Zərərçəkənin hərəkətə qarşı müqavimət göstərə bilmədiyi qeyd olunur".

Polis əlavə edib ki, Hoybi avqustun 4-də Osloda bir qadının evində baş verən mübahisədən sonra saxlanılıb. Ona həmin qadına fiziki zərər yetirmək ittihamı da irəli sürülüb.

Norveç mediasında yayılan məlumatlara əsasən, hadisə yerində qadının yataq otağının divarlarından birinə saplanmış bıçaq tapılıb. Hoybi sentyabr ayında isə həmin qadına qarşı məhkəmənin çıxardığı uzaqlaşdırma qərarını pozduğu üçün yenidən həbs olunub.

Marius Borq Hoybi dünən həbs edildikdə avqust hadisəsində zərərçəkən olduğu iddia edilən şəxslə birlikdə avtomobildə olub. Polis açıqlamasında həmin hadisə ilə bağlı indi artıq ailə daxili zorakılıq şübhələrinin də nəzərə alındığını vurğulayıb.

 

Polis Hoybinin nəzarətdə saxlanıb-saxlanılmayacağı barədə qərarın hələ verilmədiyini deyib.

Marius Borq Hoybi Mette-Maritin 2001-ci ildə Norveç vəliəhd şahzadəsi Haakon ilə evlənməsindən əvvəlki münasibətindən - 1997-ci ildə dünyaya gəlib. O, ögey bacı-qardaşları - 20 yaşlı şahzadə İnqrid Aleksandra və 18 yaşlı şahzadə Sverre Maqnusla birlikdə böyüdülüb. Lakin Hoybinin ögey atası Haakonla qan bağı olmadığı üçün heç vaxt rəsmi krallıq vəzifəsi icra etməyib.

Mette-Marit 2001-ci ildə Haakon ilə evləndikdən sonra Norveç vəliəhd şahzadəsi adını alıb. Cütlüyün İnqrid Aleksandra və Sverre Maqnus adında iki övladı var. Bu uşaqlar müvafiq olaraq Norveçin taxt sıralamasında ikinci və üçüncü yerlərdədir.

Mette-Maritin böyük oğlu olan Hoybi, Morten Borq adlı keçmiş məhkum ilə olan qısa münasibətindən dünyaya gəlib. Şahzadənin əvvəllər cəmiyyət tərəfindən müzakirə edilən şəxsi həyatı, eləcə də məşhur seks cinayətkarı Ceffri Epşteyn ilə əlaqələri də tez-tez tənqid mövzusu olub.\\Qaynarinfo.Az

 

Избранный
16
1
hurriyyet.az

5Источники