RU

Müdafiə Nazirliyinin Baş İdarəsi məmur oğluna həvalə olunub

Fərid Əliyev PA-nın sektor müdiri Əlibaba Əliyevin oğludur

Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrasının general-mayor Fərid Əliyevə həvalə edildiyi bildirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Əliyev noyabrın 19-da İrana səfər edib.

"General-mayor Fərid Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Hərbi və Hərbi-texniki Əməkdaşlığa dair Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Tehrana səfər edib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Fərid Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Məhəmmədrza Aştiani ilə görüşüb”, – deyə nazirlik vurğulayıb.

Bəs Fərid Əliyev kimdir?

Hökumətə yaxın media yazır ki, 1987-ci il təvəllüdlü Fərid Əliyev Sabunçu Rayon İcra Hakimiyətinin keçmiş başçısı, hazırda isə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışan Əlibaba Əliyevin oğludur.

Fərid Əliyev isə özü əvvəllər Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

2023-cü ilin noyabrında Prezident İlham Əliyevin sərəncamı ilə ona general-mayor hərbi rütbəsi verilib.

2024-cü ilin yanvarında Gömrük Komitəsindəki vəzifəsindən isteva verib.

Onun Müdafiə Nazirliyinin ən gənc generalı kimi bir neçə aydır ki, Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsini icra etdiyi bildirilir.
Избранный
403
arqument.az

1Источники