RU

SSRİ-də nüvə silahını almanlar yaradıb: mükafat və azadlıq

II dünya müharibəsi dövründə Almaniyada yeni silahların aktiv inkişafı diqqət mərkəzində olub. Lakin müharibənin nasistlərin məğlubiyyəti ilə bitməsi bu planların reallaşmasına mane olub.

Müharibədən sonrakı ilk illərdə ABŞ dünyada yeganə nüvə dövləti olub. Vaşinqton müvəqqəti üstünlüyündən Berlin və Çexoslovakiya kimi mövzularda İosif Stalinə təzyiq göstərmək məqsədilə istifadə edib. Bu şəraitdə SSRİ-də nüvə bombasının yaradılması prioritet vəzifəyə çevrilib. Odur ki, Moskva bu natarazlığa son qoymaq məqsədilə Almaniyadan uran və onlara super silahlar yaratmağa kömək edəcək alimləri gətirmək üçün hərəkətə keçib.

Düşmən idi, dost oldu

Öncə SSRİ-nin partiya rəhbərliyi düşmənin elm adamlarını gətirmək üçün akademikləri gizli şəkildə kadr toplamaq məqsədilə Almaniyaya göndərib. Bir müddət sonra SSRİ baş nazirinin müavini olaraq nüvə proqramına rəhbərlik edən Lavrenti Beriya 1945-ci ildə İ. Stalinə məktub yazıb:

“Fon Ardenn mənə SSRİ Xalq Komissarları Sovetinə müraciət edərək yalnız rus fizikləri ilə işləmək istədiyini, institutu və özünü sovet hökumətinin sərəncamına verdiyini bildirib”.

ato-1.jpg

Beləliklə, Sovet İttifaqı məşhur alimin laboratoriyasının bütün elmi heyətini, Berlin Kayzer institutundan və Ardenne institutundan yüksək dəqiqlikli avadanlıqları əldə edib. Bundan başqa, 400-ə yaxın alman mütəxəssisi (onların çoxu əsir idi), əlavə olaraq 200 ton uran metalı, Alman Kimya və Metallurgiya İnstitutunun avadanlıqları, Kayzer Vilhelm Fizika İnstitutu, Siemens Elektrik Laboratoriyaları, Almaniya Poçt İdarəsinin Fizika İnstitutu və digər qiymətli avadanlıqlar SSRİ-yə gətirilib.

Müharibədən sonra sovet nüvə silahlarının yaradılması və sınaqdan keçirilməsində iştirak edən “3-cü Reyx”in görkəmli alimləri arasında Nikolaus Ril, Nobel mükafatı laureatı Qustav Hertz, professor Haynz Poze, Maks Volmer, görkəmli ixtiraçı Manfred fon Ardenne, uran izotoplarını ayırmaq üçün qaz sentrifuqasının yaradıcısı Maks Şteynbek, nüvə partlayışlarının kinetikasını ölçmək üçün avadanlıq hazırlayan Robert Döpel olub.

Tikanlı məftillərin arxasında

ato-6.jpg

Nikolaus Ril SSRİ-dən qayıtdıqdan sonra yazdığı “Qızıl qəfəsdə on il” adlı xatirələr kitabında bildirib ki, alimlərin saxlanıldığı qapalı ərazidə ətraf mühitlə əlaqə məhdud olub. Buna baxmayaraq, alimlər üçün ciddi nəzarət altında hər cür şərait yaradılıb. Atom layihəsinə rəhbərlik edən Beriya şəxsən bununla məşğul olub.

Professor Ardennenin rəhbərlik etdiyi “A” institutu Suxumidəki keçmiş “Sinop” sanatoriyasında yerləşib. Sanatoriyanın binaları təcili olaraq elmi laboratoriyalara çevrilib. Almaniyalı alimlərin üzərində çalışdıqları əsas məsələ uran izotoplarının ayrılması üçün elektromaqnit və diffuziya üsullarının işlənib hazırlanması, bu ayırmanın təmizlənmə dərəcəsini təyin etmək olub. İlk sentrifuqalar burada, alim Şteynbekin rəhbərliyi altında hazırlanıb.

Obninskdəki “B” institutunda almaniyalı alimlər nüvə reaktorlarının və nüvə proseslərinin ümumi nəzəriyyəsinin inkişafı ilə məşğul olublar. İnstitutun rəhbəri professor Poze olub.

ato-5.jpg

1945-ci ildə saf uran və plutonium istehsalı texnologiyalarını inkişaf etdirmək üçün yaradılan məşhur Plutonium İnstitutunun alimləri “NII-9”dakı laboratoriyada işləyiblər. Bura isə professor Folmer rəhbərlik edib. Onun tədqiqatları ağır su istehsalı zavodunun layihələndirilməsi üçün əsas təşkil edib. Professor Döpel və həmkarları da “Doqquz”da işləyiblər. Onlar üçün elmi-tədqiqat institutunda xüsusi laboratoriya təchiz edilib.

Mərkəzi Kəşfiyyat İdarəsinin iki agentinin 17 mart 1946-cı il tarixli hesabatında yazılıb: “Alimlərin əksəriyyəti könüllü olaraq Almaniyanın sovet zonasında və hətta Rusiyada xüsusi vəzifəyə təyinat alıblar”.

Bağ evini Rostropoviçə satan almaniyalı alim

Ən dəyərli alman mütəxəssislərindən biri olan Ril, atom bombasının ilk uğurlu sınağından sonra nəinki Sosialist Əməyi Qəhrəmanı adı və 350 min rubl, həm də şəxsi “Pobeda” avtomobili ilə mükafatlandırılıb.

Yeri gəlmişkən, Ril Almaniya Demokratik Respublikasına (ADR) deyil, Almaniya Federativ Respublikasına (AFR) qayıdan yeganə şəxs olub. Akademik İqor Kurçatovun fikrincə, almaniyalı alimlərin mövcudluğu bomba üzərində işi bir il yarım azaltmağa imkan verib. Bundan əlavə, almaniyalı hərbi əsirlərin arasında keçmişdə nüvə fizikası və radiokimyası ilə əlaqəli bir çox alim və mühəndis olub. Belə ki, 1 500 alimin 111 nəfəri fizika-riyaziyyat elmləri doktoru idi.

ato-2.jpg

Sovet hökuməti 1955-ci ildə alimlərin Almaniyaya qayıtmasına icazə verib. Nüvə alimlərinin bütün ailə üzvlərinə SSRİ ərazisində oxumaq, müalicə almaq və pulsuz hərəkət etmək hüququ verilib. Vays ailəsi ilə Leypsiqə köçüb, Kornelius Leypsiq Universitetində öncə təhsilini, sonra elmi işini müdafiə edib və 1991-1997-ci illərdə təhsil ocağının rektoru olub.

Stalinin əmri ilə Jukovkada Rilə bağ evi hədiyyə edilib. Almaniyaya getməzdən əvvəl Ril öz villasını Mstislav Rostropoviçə satıb. Hətta Aleksandr Soljenitsın “QULaq arxipelaqı” romanının bir hissəsini bu bağda yazıb.

ato-3.jpg

Sovet və əsir alimlərinin birgə işi 29 avqust 1949-cu ildə müvəffəqiyyətlə nəticələnib. Həmin gün partladılan “RDS-1” bombası, Qərbdə Stalinin şərəfinə “Co-1” adlandırılıb. Bundan sonra isə dünyada nüvə yarışı başlayıb.(musavatcom)

Избранный
31
4
seherxeber.org

10Источники