RU

Abortun zərərləri...

Hər bir qadın dünyaya sağlam körpə gətirmək istəyir, hətta bunu özü üçün müqəddəs missiya hesab edir.  

Çox təəssüf ki, Azərbaycanda bir çox qadınlar bir və ya ikinci uşağı dünyaya gətirdikdən sonra növbəti arzuolunmaz hamiləliyi süni yolla pozurlar - abort etdirirlər.

İstər-istəməz hamiləliyin süni yolla pozulması qadının sağlamlığına təsir edir. 

Ginekoloq həkim Aidə Süleymanova Hit.az-a şərhində deyib ki, abort dölün uşaqlıq boşluğundan tam formalaşmamış şəkildə xaric edilməsidir:

 “Abort süni şəkildə olur. Hamiləliyin 12-ci həftəsinə qədər olan müddət ərzində süni uşaqsalma əməliyyatı aparıla bilər. Hamiləliyin 12-28-ci həftəsi pozulması gecikmiş abort (uşaqsalma) və ya süni dölsalma adlanır. Hər bir qadın bilməlidir ki, hamiləliyin süni şəkildə pozulması onun orqanizmi üçün heç bir iz buraxmadan keçib getmir. Abort edən hər üç qadının, ilk hamiləliyi pozan hər iki qadının birində ağırlaşmalar baş verir. Abort ginekoloji xəstəliklərin əmələ gəlməsinin əsas səbəblərindən biridir. Yaxşı olar ki, cütlüklər əgər uşaq istəmirsə qorunsun. Qorunma üçün müxtəlif vasitələr var”.

Sevinc

Избранный
27
hit.az

1Источники