Polşa hökuməti iriçaplı sursat istehsalı üçün təxminən 750 milyon dollar ayrılması haqqında qanun layihəsini təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamış məlumat verib.
"Polşada iri çaplı döyüş sursatlarının istehsalı üçün bazanın genişləndirilməsi reallığa çevrilir, Nazirlər Şurası qanun layihəsini qəbul etdi", - deyə siyasətçi "X"-də yazıb.