RU

Braziliya prezidentinə qarşı sui-qəsdin üstü açıldı - Həbs olunanlar var

Braziliya polisi prezident Lula da Silvaya qarşı sui-qəsdin beş iştirakçısını həbs edib.

Həbs edilənlərdən dördü hərbçi, biri isə polisdir. Onlar 2022-ci ildə andiçmə mərasiminə iki həftə qalmış seçilmiş prezidentə sui-qəsd təşkil etmyi planlaşdırıblar. Sui-qəsdçilər əməliyyatı Braziliya bayrağının rənglərinin şərəfinə "yaşıl və sarı xəncər" adlandırıblar.

Braziliyada seçkilər 2022-ci ilin oktyabrında baş tutub. Da Silva az fərqlə Jair Bolsonaro üzərində qələbə qazanbı. Da Silvanın andiçməsindən sonra Bolsonaro tərəfdarları Konqresə, Ali Məhkəməyə və prezident sarayına basqın edərək binaları dağıdıblar.


Mənbə: unikal.az

Избранный
37
2
unikal.az

10Источники