Bakı. Trend:
İran nüvə silahı yaratmaq üçün lazım olan səviyyəyə qədərzənginləşdirilmiş uran ehtiyatını daha da artırıb.
Trend-in məlumatına görə, bu barədə "AP" agentliyi BeynəlxalqAtom Enerjisi Agentliyinin (BAEA) rüblük məxfi hesabatına istinadənxəbər verib.
Məlumata əsasən, 2024-cü ilin avqustunda əvvəlki hesabatdan bəriİran oktyabrın 26-na əlavə 17,6 kq 60% zənginləşdirilmiş uran hasiledib. Bu materialların ümumi həcmi hazırda 182,3 kq təşkil edir.Bildirilib ki, belə uran asanlıqla 90%-ə qədər zənginləşdirilə vənüvə silahının tərkib hissələrindən birinə çevrilə bilər.
Ümumi uran ehtiyatları eyni dövrdə 852,6 kq artaraq 6604 kq-açatıb.
BAEA-nın hesablamalarına görə, 42 kq 60% zənginləşdirilmişurandan zənginləşmə səviyyəsini 90%-ə çatdırdıqdan sonra nüvə yüküyaratmaq mümkündür.