RU

“Neftçi” üçün 2 vacib... Samir Abasovun qayğı içində

Mövsümə biabırçı formada start verən “Neftçi”də qara günlər davam edir.

Samir Abasovun gəlişindən sonra gün doğacağına ümid bəsləyənlər son 4 oyunda cəmi 5 xala sevinib. B

akılılar “Araz-Naxçıvan”a uduzub (0:1), “Şamaxı” ilə bərabərə qalmaqla (2:2) işini əməlli-başlı çətinə saldı.

İndi həm “Neftçi”nin, həm də Abasovun əlinə əla imkan düşüb. Növbəti 2 oyun “Zirə”ylə “Qarabağ”a qarşıdır. Və hər iki qarşılaşma “ağ-qaralar”ın ocağında – “Neftçi Arena”da gerçəkləşəcək.

Paytaxt təmsilçisi quruyan ümidlərə su səpmək istəyirsə, bu oyunlardan mütləq və mütləq xallarla ayrılmalıdır.

Hər iki rəqibin yuxarı pillələrdə yer aldığını nəzərə alsaq, “Neftçi”nin azı 4 xal toplaması nisbətən yaxınlıq imkanı yaradacaq.

Plan baş tutsa, düşərgədəki ab-hava və psixoloji yüksəliş növbəti görüşlərdə “Sumqayıt”la “Kəpəz”in məğlub edilməsinə səbəb ola bilər. Bu ilin sonuncu oyununda isə “ağ-qaralar”ı səfərdə “Turan Tovuz”la duel gözləyir.

Beləliklə, “Zirə” və “Qarabağ”a məğlub olmamaq və növbəti qarşılaşmalardakı mümkün qələbələr “Neftçi”yə qarşıdakı 5 matçda 9-11 xal qazandıra bilər. Bu, bakılılar üçün əla nəticə sayılacaq, yeni ildən intriqa bərpa olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
31
sportinfo.az

1Источники