RU

“Hazırda Azərbaycan daxilində “İmarət Tayfa” ən güclü fanklubdu” – bəs “Forza Neftçi”?

Bu gün “İmarət Tayfa”nın 15 yaşı tamam oldu.

“Qarabağ” oyun səviyyəsinə görə premyer-liqada hegemonluq edir. Bəs siz tribunada özünüzü lider kimi görürsüzmü? Bundan sonra tribunalara yenilik gətirmək fikriniz varmı?

Bu sualları “İmarət Tayfa”nın rəhbərlərindən Elnur Quliyevə ünvanladıq:

“İmarət Tayfa” yarandığı gündən daim yenilik etməyə çalışıb. Düşünürəm ki, “İmarət Tayfa” tribunaların lideridi. Sayımızın az olan vaxtında belə, ölkə və dünya miqyasında çox böyük işlər görmüşük. Hazırda Azərbaycan daxilində “İmarət Tayfa” ən güclü fanklubdu. Reallıq odu ki, ölkəmizdə futbola maraq azdı. Çempionata gələn azarkeş sayı da azdı. Türkiyədə fanklub yaratmaq daha rahatdı. Çünki orda insanlar futbolu sevir və gəlib komandalarını dəstəkləyirlər. Fərdi və sosial şəbəkədə işlərimiz gedir. Bizə qoşulmaq istəyən insanlar da var. Amma hər adam fanklubun ideyalarına uyğun gəlmir. O zaman da söyləmişdik ki, AFFA rəhbərliyi dəyişilənə kimi azarkeş qrupu olaraq, millinin oyunlarında tribunalarda olmayacayıq. Gördüyümüz qədəri ilə rəhbərlik dəyişsə də, mahiyyəti dəyişməyib. Ona görə də fərdi şəkildə kimsə gedə bilər. Hələ ki fanklub formasında yığmanı dəstəkləməyi düşünmürük”.


ƏSƏD SEYİDOV
Избранный
25
football-plus.az

1Источники