RU

Litva Ukraynada infrastrukturun bərpasına 10 milyon avro ayıracaq

Litva Ukraynada infrastrukturun bərpasına 10 milyon avro ayıracaq

Litva Dünya Bankı vasitəsilə Ukraynanın infrastrukturunun bərpası üçün layihələrin maliyyələşdirilməsinə 10 milyon avro ayıracaq.“Dünya Bankının öz ixtisaslaşdırılmış fondları vasitəsilə Ukraynanın həyati vacib infrastrukturunun bərpasına, ictimai xidmətlərin göstərilməsinin təmin edilməsinə, təhsil, səhiyyə və mənzil-tikinti sektorlarının dəstəklənməsinə səmərəli yardım göstərməyə imkan verdiyini nəzərə alaraq, bu məqsədlər üçün 10 milyon avro əlavə vəsait ayrılacaq”, - Maliyyə Nazirliyinin şöbə müdiri Gintare Skaiste bildirib.Nazirlik nümayəndəsi qeyd edib ki, hüquqi prosedurlar başa çatdıqdan sonra vəsait yaxın günlərdə köçürüləcək. Bu, Litvanın ikinci belə töhfəsidir. Bundan əvvəlki tranş 5 milyon avro məbləğində 2022-ci ilin sonunda ayrılıb.

Избранный
5
5
afn.az

8Источники