RU

Azad edilən hər girova 5 milyon dollar...

İsrail HƏMAS-ın əlindən azad edilən hər girov üçün 5 milyon dollar ödəməyə hazırdır, bunu Baş nazir Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı deyib.

Milli.Az xəbər verir ki, "Mən bu vəziyyətdən çıxmaq istəyənlərə [Fələstinlilərə] deyirəm: kim girovu bizə təhvil versə, təhlükəsiz çıxışı təmin edəcəyik. Ona və ailəsinə. Həmçinin hər biri üçün 5 milyon dollar mükafat təklif edəcəyik. Girov azadlığa buraxılıb, seçim sizin əlinizdədir, amma nəticə eyni olacaq", - o, ofisinin yaydığı video müraciətində bildirib.

O, bir daha vurğulayıb ki, İsrail Fələstin anklavındakı bütün HƏMAS strukturlarını kökündən sökməyə hazırdır. "Daha Qəzzada HƏMAS olmayacaq. Girovlarımıza zərər verməyə cəsarət edən hər kəs canı ilə ödəyəcək. Biz sizi ovlayacağıq." deyə xəbərdarlıq edib.

İsrail tərəfinin son məlumatlarına görə, radikallar hələ də 101 nəfəri girov saxlayır.

Lalə Qüdrətova
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
51
26
milli.az

10Источники