RU

Ərdoğan İsaak Hersoqun təyyarəsinə icazə verilməməsindən danışdı - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İsaak Hersoqun COP-29-da iştirak etmək üçün Türkiyənin hava məkanından istifadəyə icazə verilməməsi məsələsini şərh edib.

Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ərdoğan Braziliyada keçirilən G-20 sammiti çərçivəsində baş tutan mətbuat konfransı zamanı danışıb.

“Biz İsraillə ticarət əlaqələrimizi, münasibətlərimizi kəsmişik. Bizim hava məkanımızdan istifadə etməsinə icazə vermədik. Daha fərqli xətlər, imkanlar var. Oralardan getməsini dedik. Amma gedib ya gedə bilmədiyini də bilmirəm. Biz artıq, Türkiyə olaraq, bəzi şeylərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və bunu edəcəyik”.

Xatırladaq ki, ilk olaraq İsrail mediasında Hersoqun Azərbaycana səfərinin təhlükəsizlik baxımından təxirə salındığı barədə məlumat yayılmışdı. Daha sonra Türkiyə Hersoqun təyyarəsinin Bakıya səfər üçün ölkənin hava məkanından istifadə etməsinə icazə verilmədiyini açıqlayıb.

Избранный
9
27
avtosfer.az

10Источники