RU

Bu gün Ağdam Şəhəri Günüdür

Bakı. Trend:

Bu gün Ağdam Şəhəri Günüdür.

Trend-inməlumatına görə, Ağdam Şəhəri Günü artıq ikinci dəfədir ki, qeydedilir. Belə ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-dəimzaladığı sərəncama əsasən, noyabrın 20-si Ağdam Şəhəri Günü kimitəsis edilib.

Bu əlamətdar günün təsis edilməsi Ağdamın Ermənistan silahlıqüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün -noyabrın 20-si şəhərin erməni işğalçılarından azad edilməsində dördil ötür.

Qeyd edək ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldəetdiyi tarixi Zəfər nəticəsində Azərbaycan RespublikasınınPrezidenti, Ermənistan Respublikasının baş naziri və RusiyaFederasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasənnoyabrın 20-də Ağdam rayonu Azərbaycan tərəfinə təhvil verilib.

Beləliklə, noyabrın 20-də işğaldan azad olunan Ağdam rayonutamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ağdamşəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövləthimni səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzəolunub.

Xatırladaq ki, 1994-cü il may ayının 12-dək davam edən hərbitəcavüz nəticəsində ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadratkilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etmişdi.Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdərayon 5897 şəhid verib. Həmin döyüşlərdə 3531 nəfər əlil olub, 1871nəfər uşaq valideynlərini itirib. 126 min nəfərdən artıq ağdamlı özdoğma ev-eşiyindən didərgin düşmüşdü.

Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələrivar. XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanıntürbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aidSərdabə və Hatəm Məlik qalası, Cümə məscidi və Şahbulaq məscidiAğdam rayonu ərazisində yerləşir.

Ağdam işğaldan azad olunduqdan sonra ermənilərin viran qoyduğu,Qafqazın Xirosiması adlandırılan bu şəhərdə bərpa və quruculuqişlərinə başlanılıb. İşğaldan azad olunduğu 4 il müddətində Ağdamdamüsbətə doğru çox dəyişiklik baş verib, bərpa və yenidənqurmaişləri sürətlə davam etdirilir. Azərbaycan Prezidentinin vədövlətinin məqsədi Ağdamı regionun ən gözəl şəhərlərindən birinəçevirməkdir. Artıq Ağdam şəhərinin Baş Planı hazırlanaraq təqdimedilib və bu planın həyata keçirilməsi istiqamətində işlər davametməkdədir.

Məqalədə:
Избранный
23
2
az.trend.az

3Источники