RU

Danimarka Ukraynanın hərbi sənayesinə 130 milyon avrodan çox vəsait ayırıb

Danimarka

Danimarka Ukraynanın hərbi sənayesini inkişafı üçün 130 milyon avrodan çox yeni ianə verəcək.

Reyting.az
“Reuters”-ə istinadla bildirir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen çərşənbə axşamı deyib.

Mette Frederiksen Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi brifinqdə bildirib: “Bu gün mən Danimarkadan Ukraynaya yeni bir ianə elan etməkdən məmnunam”.

O, Ukraynanın müdafiə sənayesinə birbaşa 130 milyon avrodan çox vəsait ayırdıqlarını diqqətə çatdırıb. Baş nazir qeyd edib ki, Ukraynaya ayrılan investisiyalar döyüş meydanındakı vəziyyətə real təsir göstərir və Danimarkanın dəstəyi uzunmüddətlidir.

Zelenski öz növbəsində bildirib ki, Ukrayna və Danimarka digər ölkələrdən investisiya cəlb etmək üçün “xüsusi model” yaradıb.

"Bütün şimal ölkələri artıq qoşulub, tərəfdaşlar sənayemizə bir milyard dollardan çox sərmayə qoyublar", - deyən Zelenski proqramın pilotsuz uçuş aparatları, raketlər və artilleriya istehsalını əhatə etdiyini bildirib.

Onu da qeyd edək ki, Danimarka iqtisadiyyatının ölçüsünə görə Ukraynaya ən böyük hərbi yardım təminatçılarından biridir. Yardımın əhəmiyyətli hissəsi xüsusi olaraq Ukraynanın müdafiə sənayesinin inkişafına yönəldilib.

E. KAMAL
Избранный
29
reyting.az

1Источники