RU

Elm adamları insanları qızardan səbəbləri müəyyən etdilər

Amsterdam Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, ictimai yerlərdə qızarmaq idrak introspeksiyasının nəticəsi deyil, kortəbii emosional reaksiyadır.

News24.az Publika.az-a istinadla xəbər verir ki, “Journal of Royal Society” jurnalında dərc edilən araşdırmanın nəticələri göstərir ki, insanlar başqalarının mahnı oxumasına qulaq asanda utanmırlar. Özlərinin oxuduğu səs yazısına qulaq asarkən daha çox utanıb, qızarırlar.

Tədqiqatın aparıcı müəllifi, Amsterdam Universitetinin Uşaq İnkişafı və Təhsili İnstitutundan Milica Nikoliç bildirib ki, ilkin utanmalar kiçik yaşlardan başlayır:

“Mənə maraqlı idi ki, qızarmağa tam olaraq nə səbəb olur? Bu sual bizə qızarmanın səbəbləri haqqında iki əsas nəzəriyyə formalaşdırmağa imkan verir. Birincisinə görə, cavab introspeksiya və özünüdərk kimi mürəkkəb idrak prosesindən qaynaqlanır. İkincisi isə qızarma tez və kortəbii emosional reaksiyadır”.


Избранный
79
2
news24.az

10Источники