ABŞ prezidenti Co Bayden piyada əleyhinə minaların Ukraynaya tədarükünə icazə verib.
Bu barədə iki amerikalı məmura istinadən “The Washington Post” qəzeti məlumat yayıb.
Onların fikrincə, bu qərar Rusiya qoşunlarının Ukraynanın şərqində irəliləməsi ehtimalı ilə əsaslandırılır.
Mənbələr iddia edir ki, piyada əleyhinə minalardan yalnız Vaşinqtonun Ukrayna ərazisi hesab etdiyi yerlərdə istifadə olunacaq.