RU

Tramp tanınmış iş adamının namizədliyini irəli sürdü

Donald Tramp maliyyə xidmətləri şirkəti "Cantor Fitzgerald"ın baş icraçı direktoru  Hovard Lutnikin ticarət naziri vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə "Truth" platformasında məlumat yayıb.

Məlumatda qeyd edilib:

"Cantor Fitzgerald"ın sədri və icraçı direktoru Hovard Lutnikin ABŞ-nin ticarət naziri olaraq administrasiyama qoşulacağını elan etməkdən məmnunam".

Tramp qeyd edib ki, keçid qrupunun həmsədri kimi fəaliyyət göstərən Lutnik onlara Amerikanın indiyə qədər gördüyü ən böyük idarəçiliyi yaratmağa kömək edəcək ən mürəkkəb proses və sistemi yaradıb.

 

Избранный
26
bakivaxti.az

1Источники